Belarus Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, günün ilk qarşılaşmasında "Şaxtyor" (Soliqarsk) doğma meydanda "Dinamo"nu (Brest) qəbul edib.
Brest təmsilçisi səfərdə 2:4 hesablı məğlubiyyətə baxmayaraq, evdəki ilk matçda qazanılan qələbə (2:0) sayəsində adını finala yazdırıb.
İkinci finalçı BATE olub. Borisov təmsilçisi yarımfinalda Mozır "Slaviya"sını yenib - 2:0. BATE ilk matçda 0:1 hesabı ilə uduzmasına rəğmən, iki oyunun nəticəsində həlledici qarşılaşmada iştirak hüququna yiyələnib.
Qeyd edək ki, Belarus hazırda koronavirus pandemiyasına baxmayaraq, Avropada çempionatı davam edən yeganə ölkədir.
Fanat.Az