Bekhemin klubu Suaresi istəyir

Bekhemin klubu Suaresi istəyir
"Barselona"nın hücumçusu Luis Suares karyerasını MLS-də davam etdirə bilər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Deyvid Bekhemin sahibi olduğu "İnter Mayami" Suaresi heyətinə qatmaq niyyətindədi. ABŞ klubu 33 yaşlı futbolçunu azad agent kimi transfer etmək istəyir.
Suaresin "Barsa" ilə müqaviləsi 2021-ci ilin iyun ayında başa çatır. Uruqvay millisinin üzvü növbəti mövsüm oyunların 60%-də meydana çıxsa, onun sözləşməsi avtomatik bir il müddətinə uzadıla bilər. Müqavilədə bu barədə opsiya var. Forvardın katalon klubunda qalmaq istədiyi bildirilir.
Suares 2019-20 mövsümündə 34 matçda meydana çıxıb və 19 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər