Bekhem DÇ-2022-nin rəsmi siması olacaq

Bekhem DÇ-2022-nin rəsmi siması olacaq

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem (David Beckham)  2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının siması olacaq.

Fanat.Az xəbər verir ki, bu barədə"The Sun" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə əməkdaşlıq önümüzdəki ay açıqlanacaq. Bekhem artıq ona ildə 15 milyon funt sterlinq (təxminən 18 milyon avro) qazandıracaq müqavilə ilə razılaşıb.

Xatırladaq ki, Qətərdə keçiriləcək futbool üzrə DÇ 2022-ci il noyabr ayının 21-dən dekabr ayının 18-nə dək keçiriləcək. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər