Almaniya Bundesliqasında 2-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gündə daha 2 görüş baş tutub.
“Maynts” – “Ayntraxt” matçında qalib müəyyənləşməyib. Son çempion “Bayern” isə doğma meydanda “Auqsburq” üzərində inamlı qələbəyə sevinib.
“Union Berlin”, “Bayern”, “Bayer”, “Volfsburq” və “Frayburq” komandaları itkisiz irəliləyirlər – 6 xal. “Ayntraxt”la Dortmund “Borussiya”sı isə 4 xal toplayıblar.
Almaniya Bundesliqası 2-ci tur 25 avqust
Leypsiq – Ştutqart 5:1 Qollar: Henriks, 51. Olmo, 63. Openda, 66. Kampl, 74. Simons, 76. - Jrassi, 35.
26 avqust
Bohum – Borussiya (Dortmund) 1:1 Qollar: Stoqer, 13 – Malen, 56.
Darmştadt – Union Berlin 1:4 Qollar: Mehlem, 24 – Qosens, 4; 34. Behrens, 39. Doeki, 65.
Köln – Volfsburq 1:2 Qollar: Valdşmit, 55 – Vind, 62; 72.
Frayburq – Verder 1:0 Qol: M.Filipp, 90+6.
Haydenhaym – Hoffenhaym 2:3 Qollar: Beste, 26. Pyeringer, 58 – Beyer, 77. Kaderabek, 81. Kramariç, 90.
Borussiya (Mönhenqladbah) – Bayer 0:3 Qollar: Bonifase, 18. Ta, 45+6. Bonifase, 53.
27 avqust
Maynts – Ayntraxt 1:1 Qollar: Li Son, 25 – Marmuş, 90+1.
Bayern – Auqsburq 3:1 Qollar: Uduokai, 32-öz qapısına. Keyn, 40-pen; 69 – Belyo, 86.