"Bayern" yeni transferini açıqladı

"Bayern" yeni transferini açıqladı

"Bayern Münhen" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Bundesliqa nəhəngi "Tottenhem"in mərkəz müdafiəçisi Erik Dayerin transferini reallaşdırıb. 

Bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb. 

29 yaşlı müdafiəçi ilə müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Dayer 2014-cü ildən "Tottenhem"də çıxış edirdi. O, bu mövsüm Premyer Liqada cəmi 4 matça çıxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər