"Bayern" Tuxelin güvənmədiyi Mülleri göndərir?

"Bayern" Tuxelin güvənmədiyi Mülleri göndərir?

"Bayern Münhen"in komandanın hücumçusu Tomas Müller barədə planları açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport1" yayıb.

Xəbərə görə, Almaniya nəhəngi Mister Bayern ləqəbli futbolçunu müqaviləsinin müddəti başa çatana qədər heyətdə saxlamaqda qərarlıdır. Mənbə sözləşməsinin müddəti 2024-cü ildə bitəcək oyunçunun anlaşmasının daha 1 illiyə uzadıla biləcəyini də vurğulayıb.

Daha öncə Tomas Tuxelin gəlişindən sonra start "11-lik"dəki yerini itirən Müller özü "Bayern"dən ayrılacağı ilə bağlı dərc edilən məlumatlara sosial şəbəkə hesabları üzərindən paylaşdığı ironik postla reaksiya vermişdi.

Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm klubunun forması ilə ümumilikdə 37 qarşılaşmada meydana çıxıb. Bu görüşlərdə 7 qol vuran forvard 11 məhsuldar ötürmə ilə də yadda qalıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər