“Bayer”in qələbə seriyası davam edir

“Bayer”in qələbə seriyası davam edir

Almaniya Bundesliqasında 18-ci tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk gündə 6 görüş baş tutub.

“Darmştadt” - “Ayntraxt” və “Haydenhaym” - “Volfsburq” matçlarında qalib müəyyənləşməyib. “Frayburq” “Hoffenhaym”ı, “Boxum” da “Ştutqart”ı məğlub yola salıb. “Köln”ün qonağı olan Dortmund “Borussiya”sı darmadağına sevinib. Lider “Bayer” isə səfərdə “Leypsiq”ə çətinliklə qalib gəlib.

Bu turun “Maynts” - “Union Berlin” görüşü isə təxirə salınıb.

Almaniya Bundesliqası 18-ci tur 20 yanvar

Boxum – Ştutqart 1:0 Qol: Bero, 50.

Darmştadt – Ayntraxt 2:2 Qollar: Yustvan, 61. Klarer, 90+5 – Nkunku, 33. Knauff, 51.

Köln – Borussiya (Dortmund) 0:4 Qollar: Malen, 12; 61. Fullkruq, 58. Mukoko, 90+2.

Frayburq – Hoffenhaym 3:2 Qollar: Holer, 37. Qrifo, 55. Sallai, 85 – Veqhorst, 57. Beyer, 77.

Haydenhaym – Volfsburq 1:1 Qollar: Yens, 45+2-öz qapısına – Çerni, 7.

Leypsiq – Bayer 2:3 Qollar: X.Simons, 7. Openda, 56 – Tella, 47. Ta, 63. İnkapye, 90+1.

21 yanvar

18:30. Bayern – Verder 20:30. Borussiya (Mönxenqladbax) - Auqsburq

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər