“Bayer” büdrədi, “Bayern” qələbə qazandı

“Bayer” büdrədi, “Bayern” qələbə qazandı

Almaniya Bundesliqasında 19-cu turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, bu gün daha 6 görüş baş tutub.

“Hoffenhaym” - “Haydenhaym” və “Volfsburq” - “Köln” matçlarında qalib müəyyənləşməyib. Lider “Bayer” də Mönxenqladbax “Borussiya”sı ilə ev oyunundan xal itkisi ilə üzləşib. Bundan maksimum yararlanan “Bayern” səfərdə “Auqsburq”a qalib gəlib. “Ştutqart” evdə “Leypsiq”ə, “Verder” “Frayburq”a qalib gəlib.

Almaniya Bundesliqası 19-cu tur 26 yanvar

Ayntraxt – Maynts 1:0 Qol: M.Götse, 73.

27 yanvar

Auqsburq – Bayern 2:3 Qollar: Demiroviç, 52; 90+4-pen – Pavloviç, 23. Devis, 45+5. Keyn, 58.

Hoffenhaym – Haydenhaym 1:1 Qollar: Kramariç, 45+7 – Dinkci, 29.

Ştutqart – Leypsiq 5:2 Qollar: Millo, 25-pen. Undav, 30; 56; 75. Levelinq, 48 – Şeşko, 32. Openda, 55.

Verder – Frayburq 3:1 Qollar: Dukş, 9-pen. Njinma, 53. Malatini, 90+3 – Qrifo, 28-pen.

Volfsburq – Köln 1:1 Qollar: Paredes, 40 – Alidu, 38.

Bayer – Borussiya (Mönxenqladbax) 0:0

28 yanvar

18:30. Union Berlin – Darmştadt 20:30. Borussiya (Dortmund) - Boxum

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər