"Bayer" 16 yaşlı vunderkində 1 milyon ödəyəcək

"Bayer" 16 yaşlı vunderkində 1 milyon ödəyəcək

"Barselona"nın gənclər komandasının müdafiəçisi Andrea Natali Almaniya Bundesliqasında çıxış edə bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı nüfuzlu AS nəşri yayıb.

Mənbənin məlumatına görə, 16 yaşlı futbolçu ilə "Bayer Leverkuzen" maraqlıdır.

“Əczaçılar” gənc futbolçunun transferini bir milyon avroya rəsmiləşdirmək niyyətindədir.  "Barselona" da öz növbəsində Nataliyə yeni əmək müqaviləsi təklif edir. 

"Bayer" ötən mövsüm Almaniya Bundesliqasında çempionluğu bayram edib, həm də Almaniya kubokunu qazanıb. Son mövsümdə Xabi Alonsonun komandası cəmi bir məğlubiyyət alıb - Avropa Liqasının finalında "Atalanta"ya 0:3 hesabı ilə uduzub.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər