Əfsanəvi futbolçu Dieqo Maradonanı müalicə edən tibbi qrup qəsdən adam öldürməkdə günahlandırılıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, qrupa daxil olan 7 nəfərin hər birini 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.
Bu qərar Maradonanın ölümünü araşdıran komissiyanın nəticələrinə əsaslanır.
Komissiya tərəfindən Maradonanın son videosundakı görüntüləri araşdırılıb. San-İsidro şəhərinin Baş Prokurorluğu tərəfindən aparılan yoxlama zamanı həkimlərin hərəkətlərinin adekvat olmadığı aşkar edilib.
Maradona keçən il noyabrın 25-də ani ürək tutmasından dünyasını dəyişib. Cəsədin yarılması nəticəsində onun kəskin ağciyər çatışmazlığından öldüyü bildirilib.
Fanat.Az