“Barselona”da yeni müqavilə

“Barselona”da yeni müqavilə

“Barselona” yarımmüdafiəçisi Serxi Robertoyla müqavilənin müddətini artırıb.

Fanat.Az xəbər verir ki, yeni müqaviləyə əsasən 31 yaşlı futbolçu 2024-cü ilin yayınadək La Liqa klubunda oynayacaq.

Anlaşmaya görə, onun təzminat məbləği 400 milyon avrodur. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti mövsümün sonunda başa çatırdı.

Serxi Roberto “Barselona”nın öz yetirməsidir. O, 2010/11 mövsümündən bu klubun əsas komandasında çıxış edir. İspaniya yığmasında da oynamış futbolçu, “Barselona”da meydana çıxdığı 340 matçda 15 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər