"Barselona"da şok itki

"Barselona"da şok itki

"Barselona"nın ürəyində problem yaranan futbolçusu Serxio Aqueronun durumu ciddidir.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı hücumçu müayinədən keçib və onun 3 ay meydana çıxa bilməyəcəyi məlum olub.

Ulduz hücumçu kardioloqun nəzarəti altında müalicə alacaq.

Qeyd edək ki, Aquero La Liqanın son turunda "Alaves"lə oyunda yıxılaraq sinəsini tutub və 41-ci dəqiqədə əvəzlənib. Daha sonra futbolçu xəstəxanaya aparılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər