"Barselona” qışda ulduz hücumçu almağa hazırlaşır.
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun əzəli rəqibi "Real”ın da rənglərinə bağlamaq istədiyi Harri Keyn 200 milyon funt-sterliq qarşılığında "Tottenhem”i tərk edə bilər. "Barsa” "Tottenhem”ə rəsmi təklif göndərməsə də, bunun yaxın günlərdə baş verəcəyi bildirilir.
Keyn bu mövsüm Hotspur klubunun formasıyla çıxdığı 20 matçda 13 qol vurub.
Fanat.Az