Balotelli karyerasını ABŞ-da davam etdirə bilər

Balotelli karyerasını ABŞ-da davam etdirə bilər
"Breşiya"nın hücumçusu Mario Balotelli ABŞ-da çıxış edə bilər.
Fanat.Az "Corriere della Sera"ya istinadən xəbər verir ki, "Los-Anceles Qalaksi" və bir neçə MLS klubu Balotelli ilə yaxından maraqlanır.
29 yaşlı futbolçu ötən yay azad agent kimi "Breşiya"ya keçmişdi. Onun müqaviləsi 2022-ci ilə kimi nəzərdə tutulub. 
Cari mövsümdə İtaliya A Seriyasında 19 matçda meydana çıxan Balotelli 5 dəfə fərqlənməyə imkan tapıb.
Balo karyerası ərzində "Milan", "İnter", "Nitsa", "Marsel", "Mançester Siti" və "Liverpul" kimi klubların formasını geyinib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər