Fransanın məşhur "France Football" dərgisi "Ballon d'Or" mükafatını dekabrın 3-də Parisdə təqdim edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalın redaktoru Paskal Ferre sosial mediada açıqlama verib. Bir video yayımlayan redaktor mükafatın sahibinin müəyyənləşdiyini bildirib.
Açıqlamada bildirilib ki, mükafatların sahiblərinə bu barədə telefonla məlumat verilib.
Qeyd edək ki, əsas mükafatın Xorvatiya millisinin və "Real"ın üzvü Luka Modriçə veriləcəyi iddia olunur
Fanat.Az