Badmintonçumuzu İsveçrədə 1/4 finala buraxmadılar

Badmintonçumuzu İsveçrədə 1/4 finala buraxmadılar

Badmintonçumuz Edi Reski Dviçayo İsveçrənin Bazel şəhərində keçirilən "YONEX Swiss Open 2022" turnirində çıxışını yekunlaşdırıb.

Fanat.Az xəbər verir ki, mübarizəyə təsnifat mərhələsindən başlayan Edi 3 set davam edən görüşdə finlandiyalı rəqibi Heino İkkaya 2:1 (21-19,19-21,21-18) qalib gələrək kişi badmintonçuların şəxsi yarışında turnirin əsas mərhələsinə yüksəlib.

1/16 finalda kanadalı Yanq Brianla qarşılaşan badmintonçumuz ilk setdə rəqibinə 12-21 hesabı ilə uduzsa da, ikinci seti 21-18 hesablı üstünlüklə başa vurub. Kanadalı idmançı oyun zamanı dizindən zədə aldığından görüşü davam etdirə bilməyib. Beləliklə, Edi elit seriyalı turnirdə 1/8 finala yüksəlib. Lakin Dviçayo bu mərhələdə hindistanlı Samir Vermaya 0:2 (21-23,7-21) hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər