Badmintonçumuz Hindistanda mərhələ adladı

Badmintonçumuz Hindistanda mərhələ adladı

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Hindistanın Lakhau şəhərində keçirilən “HSBC BWF World Tour Super 300” turnirində mübarizəyə başlayıb.

Fanat.Az xəbər verir ki,  indoneziyalı legioner 1/16 final mərhələsində Hindistan təmsilçisi Sourabh Verma ilə qarşılaşıb.

Edi gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə 2:1 (15:21, 21:19, 21:18) hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər