"Azəryol” yarımfinala yüksəldi

"Azəryol” yarımfinala yüksəldi

Kişi və qadınlar arasında həndbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsi başlayıb. Fanat.Az xəbər verir ki, kişilərin mübarizəsində ilk olaraq “Kür” və “Azəryol” komandaları üz-üzə gəliblər. Rəqibini 30:27 hesabı ilə üstələyən “Azəryol” yarımfinala yüksəlib.

İlk oyun gününün digər görüşündə qadınlardan ibarət “Bakı” və “İdman Akademiyası” komandaları qarşılaşıblar. “İdman Akademiyası” 32:21 hesablı qalibiyyətə sevinib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər