Azərbaycanda yeni komanda yaradıldı

Azərbaycanda yeni komanda yaradıldı

Azərbaycanda yeni komanda yaradılıb.

Bunu Fanat.Az-a komandanın baş məşqçisi, veteran futbolçu Zeynalabdin Hüseynov bildirib. 

"Təkan" adlanacaq komanda "Şamaxı"nın ehtiyat qüvvəsi, başqa sözlə, farm-klubu kimi formalaşdırılıb və Region Liqasında çıxış edəcək. Bununla belə, komanda Bakıda məskunlaşıb. Məşqlərini keçmiş "Neftçi baza"da keçirən "Təkan" çempionat oyunları zamanı "Rekord Arena"nın xidmətindən yararlanacaq:

"İddialı komandayıq. Hədəf Region Liqasının qalibi olub 2-ci Liqaya yüksəlməkdir".   

Azərbaycanda yeni komanda yaradıldı

Artıq bir müddətdir fəaliyyətə başlayan komanda 2 yoxlama oyunu keçirib: "İlk oyunda "Qarabağ"ın əvəzedic komandasına 0:5 uduzduq. Növbəti sınaq matçında isə Region Liqasında çıxış edən "Gənclik" komandasına böyük hesabla (7:0) qalib gəldik. Məqsəd heyəti formalaşdırmaq, seleksiya aparmaqdır. Heyəti təcrübəli və gənc futbolçuların sintezindən komanda qurmaqdır".

Qeyd edək ki, Region Liqasının son qalibi “Zəngəzur” olub. Finalda "Marafon"u 2:1 hesabı ilə üstələyən komanda çempion kimi 2-ci Liqaya vəsiqə qazanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər