Azərbaycan millisi Monteneqroya qarşı - YENİLƏNİR

Azərbaycan millisi Monteneqroya qarşı - YENİLƏNİR

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, C Liqasının III qrupunda yer alan Siyasət Əsgərovun yetirmələri Monteneqro ilə “Dalğa Arena”da qarşılaşacaqlar.

Ukraynalı hakim Anastasiya Romanyukun idarə edəcəyi görüş saat 16:00-da başlayacaq. Yığmamız IV turun matçı ərəfəsində 7 xalla qrupda liderlik edir. İkinci pillədəki Monteneqronun hesabında 6 xal var. Başqa sözlə, millimiz qələbə qazanacağı halda, qrupdan pley-offa yüksələcəyi böyük ölçüdə təmin olunacaq.

Qeyd edək ki, millimiz Monteneqronu səfərdə 1:0 hesabı ilə məğlub edib.

Millətlər Liqası C qrupu 31 oktyabr

16:00. Azərbaycan – Monteneqro Baş hakim: Anastasiya Romanyuk Baş hakimin köməkçiləri: Oleksandra Vdovina, İryna Petrova Dördüncü hakim: Kristina Kozoroh Bakı. “Dalğa Arena”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər