Azərbaycan millisi Avropa çempionu oldu

Azərbaycan millisi Avropa çempionu oldu

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda final matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Evren Alkayanın yetirmələri həlledici görüşdə Kipr yığması ilə üz-üzə gəliblər.

Qarşılaşma millimizin 69:52 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığması bu nəticədən sonra ardıcıl ikinci dəfə Avropa çempionatının qalibi adını qazanıb.

Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən gənc basketbolçularımız yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıblar - 92:62. Yarış Cəbəllütariqdə keçirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər