Azarkeş öldürüldü, ölkə çempionatı dayandırıldı

Azarkeş öldürüldü, ölkə çempionatı dayandırıldı
İndoneziya çempionatının oyunları dayandırılıb.
Fanat.Az xəbər verir ki, buna səbəb bir azarkeşin öldürülməsi olub. İndoneziya Futbol Federasiyasının prezidenti Edi Rahmayadi bildirib ki, "Persiya" azarkeşi olan Harincc Sirlanın öülümü ilə bağlı aparılan istintaq yekunlaşana qədər çempionat oyunları keçirilməyəcək.
Qeyd edək ki, sentyabrın 23-də Bandunq şəhərində keçirilən "Persib" - "Persiya" qarşılaşmasından öncə qonaq komanda azarkeşlərinin hücumuna məruz qalan 23 yaşlı Harincc Sirla həlak olub. Ölkənin ən böyük derbisi hesab olunan bu komandalar arasındakı matçlar 1990-ci ildən bu günə qədər dava-dalaşlarla yadda qalır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər