AZAL-da son durum: kimlər oynamayacaq?

AZAL-da son durum: kimlər oynamayacaq?
XIII turda Şüvəlanda “Sumqayıt”la qarşılaşacaq AZAL oyunun hazırlıgını davam etdirir. Fanat.az xəbər verir ki, bu gündən etibarən yetirmələrini təlim-məşq toplanışına cəlb edən baş məşqçi Tərlan Əhmədovu zədəlilər narahat etməkdədi. 
Seymur Rəhimov və Elmin Çobanovun xidmətindən məhrum olan gənc mütəxəssis kapitan Rail Məlikovla baglı həkimlərdən cavab gözləyir. Belə ki, “İnter”lə oyundan sonra əzələsində agrı hiss edən kapitan Məlikovun meydançaya çıxacagı oyun günü bəlli olacaq. 
Bununla belə, cəzalı Emin Cəfərquliyevin yenidən heyətə qayıtması üzləri bir qədər güldürüb. Sabah “AZAL-Arena”da oyunqabagı son məşqə çıxacaq AZAL bununla da hazırlıqlara yekun vuracaq. 
Qeyd edək ki, Topaz Premyer Liqasının 14-cü turunun AZAL-“Sumqayıt” qarşılaşması noyabrın 28-də saat 14.30-da “AZAL-Arena”da keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər