Ayvan Toni millidə debüt edəcək - Sautgeyt təsdiqlədi

Ayvan Toni millidə debüt edəcək - Sautgeyt təsdiqlədi

İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt martın 26-da Belçikaya qarşı keçirəcəkləri yoldaşlıq görüşündə Ayvan Toninin yığmada debüt edəcəyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "The Telegraph" onun sözlərini belə çatdırıb:

"Belçika ilə oyun Toni üçün milli forması ilə ilk görüş olacaq. İngiltərədə vəziyyət elədir ki, bəzən yaxşı futbolçuya da şans verilmir. Ayvan çərşənbə axşamı mütləq meydana çıxacaq. Fikrimcə, Toninin oyunu lazımınca dəyərləndirilməyib. Onun ötürmələri, ön xətdə yaratdığı bağ... Biz onunla milli formada tanış olmalı, potensialını iş başında dəyərləndirməliyik. Siz ona yalnız gövdəli oğlan deyil, həm də hədəfə çatmağı bacaran biri  kimi baxmalısınız. Özünəinamından, komanda üçün oynaya bilməsindən istifadə etməyə çalışmalıyıq. Bu, bütün yaxşı hücumçuların ortaq cəhətidir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər