"Ayntraxt"da Renat da oynadı, Murad da

"Ayntraxt"da Renat da oynadı, Murad da

Almaniya gənclər Bundesliqasında cənub/cənub qərb zonası üzrə 21-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Renat Dadaşovla Murad Mahmudovun komandası - "Ayntraxt”ın U-19-u da növbəti matçına çıxıb. Frankfurt təmsilçisi səfərdə "Maynts”lı həmyaşıdlarıyla üz-üzə gəlib. 1:1 hesablı bərabərliklə bitən görüşdə Renat start fitindən final fitinədək oynayıbsa, Murad 90-cı dəqiqədə forma şansı qazanıb.

21 turda 18 oyun keçirən frankfurtlular 20 xalla 11-ci pillədədi.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər