Rusiyanın "Spartak” klubundan ayrılan Ayaz Quliyev karyerasını keçmiş komandası "Rostov”da davam etdirəcək.
Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin yeni klubuna azad agent kimi keçəcəyi bildirilir.
2019-cu ilin yanvarında "Spartak”a keçən Ayaz bu mövsüm Moskva klubu ilə rəsmi oyuna çıxmayıb.
Qeyd edək ki, Quliyev 2018/19 mövsümündə "Rostov”da çıxış edib.
Fanat.Az