"Ayaks"ın ulduzu İngiltərə nəhəngində - RƏSMİ

"Ayaks"ın ulduzu İngiltərə nəhəngində - RƏSMİ

"Ayaks"ın müdafiəçisi Lisandro Martines karyerasını İngiltərədə davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 24 yaşlı futbolçu "Mançester Yunayted"lə razılığa gəlib.

O, tibbi müayinədən keçəndən sonra rəsmi müqaviləyə qol çəkəcək.

İnformasiyanı klubun rəsmi saytı yayıb.

Məlumatda bu transferin "qırmızı şeytanlar"a 67,37 milyon avroya başa gələcəyi açıqlanıb.

Qeyd edək ki, Martines 2019-cu ildən "Ayaks"da çıxış edib. O, Amsterdam təmsilçisində MY-nin niderlandlı çalışdırıcısı Erik ten Haqın rəhbərliyi altında top qovub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər