İngiltərənin "Brayton” klubu heyətinə yeni qapıçı qatıb.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Ayaks”ın 21 yaşlı qolkiperi Kyell Sxerpeni transfer edib.
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Niderlandlı futbolçuyla imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Kyell Sxerpen "Emmen” klubunun yetirməsidir. 2019-cu ildə "Ayaks”a transfer olunan futbolçu ötən mövsüm bu klubun əsas komandasında 4 oyuna çıxıb.