"Ayaks" İngiltərə nəhənginin təklifini rədd etdi

"Ayaks" İngiltərə nəhənginin təklifini rədd etdi

"Ayaks" yarımmüdafiəçisi Antonini "Mançester Yunayted"ə satmaqdan imtina edib.

Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, Amsterdam təmsilçisi ingilislərin 80 milyon avroluq təklifini geri çevirib.

Xəbərə görə, MY bossları sözügedən futbolçuya görə daha yüksək məbləğ ödəmək niyyətindən uzaqdır. Bu isə odeməkdir ki, braziliyalının İngiltərə nəhənginə keçmək ehtimalı çox azdır.

Qeyd edək ki, ötən mövsüm "Ayaks" forması ilə bütün turnirlərdə 33 matça çıxan Antoni 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər