"Mançester Yunayted" "Ayaks"ın vingeri Antoni üçün rəsmi təklif göndərib.
Fanat.Az "Goal" saytına istinadən xəbər verir ki, İngiltərə klubu 22 yaşlı futbolçuya görə 60 milyon avro təklif etsə də, "Ayaks" qarşı tərəfdən 80 milyon avro istəyir.
Xəbərə görə, Antoninin agentləri "Ayaks" rəhbərliyinə təzyiq göstərir, klubun "Mançester Yunayted"dən gələn təklifi qəbul etməsini vacib sayırlar.
Futbolçu özü də Mançesterə yollanmaq niyyətindədir.
Emin