Avropalı ulduza ABŞ-da heykəl qoyulacaq

Avropalı ulduza ABŞ-da heykəl qoyulacaq

"Los - Anceles Qelaksi” klubu Devid Bekhemə heykəl qoyacaq.

 

Fanat.Az xəbər verir ki, MLS təmsilçisi 2007-2012-ci illər aralığında klubun şərəfini qorumuş ingilis ulduzun xatirəsini ev oyunlarını keçirdiyi stadionun yanında əbədiləşdirəcək. Heykəlin açılışı martın 2-də reallaşacaq. Bekhemin özünün də açılış mərasiminə qatılacağı gözlənilir.

 

Bu, "Los – Anceles Qelaksi”nin futbolçusuna göstərdiyi ilk belə ehtiram kimi tarixə düşəcək.

 

Qeyd edək ki, sözügedən MLS komandasında 98 oyuna çıxan Devid 18 qol vurub və 2 dəfə çempionatın ən yaxşı oyunçusu adına layiq görülüb.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər