Avropanın milli liqalarında ilk çempion müəyyənləşib. Fanat.az xəbər verir ki, Yunanıstan Super Liqasında 2015/16 mövsümünün qalibinin adına aydınlıq gəlib.
Çempmonatın XXIV turunda "Veria"nı 3:0 hesabı ilə yenən "Olimpiakos" mövsümün bitməsinə 6 tur qalmış çempionluğunu elan edib. Piraeus təmsilçisi ardıcıl 6-cı çempionluğuna sahib çıxıb.
Bu, klubun Yunanıstan çempionatları tarixində 43-cü çempionluğudu. "Panatinaikos" 20, AEK 11 dəfə çempion olub.
Fanat.az