Avropa Superliqası layihəsi yenidən gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Layihənin yeni baş direktoru Bernd Raykart turnirin 2024/25 mövsümündə keçirilməsinin nəzərdə tutulduğunu açıqlayıb.
Qeyd edək ki, 2021-ci ilin aprelin 19-da fəaliyyətə başlayan Avropa Superliqasında 12 klubun iştirakı təsdiqlənmişdi. Lakin qısa zamanda artan təzyiqlər nəticəsində "Real Madrid”, "Yuventus” və "Barselona” istisna olmaqla, digər komandalar yarışdan imtina etmişdi.