Avropa Oyunları: Hər üç atıcımız finala çıxa bilmədi

Avropa Oyunları: Hər üç atıcımız finala çıxa bilmədi

Polşada keçirilən III Avropa Oyunları atıcılıq yarışları başlayıb.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan millisinin üç idmançısı yarışa çıxıb.

Kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında Ruslan Lunyov təsnifat mərhələsində 11-ci yeri tutaraq (577 xal) finaldan kənarda qalıb.

Qadınlar arasında Nigar Nəsirova və Nəzrin Abbaslı mübarizə aparıb. Nəsirova 25-ci (565), Abbaslı isə 35-ci (557) nəticə göstərib. Hər iki idmançı finala yüksələ bilməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər