Avropa Olimpiya Təsnifat turniri: İlk gündə 4 güləşçimiz çıxış edəcək

Avropa Olimpiya Təsnifat turniri: İlk gündə 4 güləşçimiz çıxış edəcək

Bu gün Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk gündə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaqlar.

Turnirin birinci günündə Azərbaycanın 4 pəhləvanı qüvvəsini sınayacaq. Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar.

Onlar müvafiq olaraq Aleksey Masik (Ukrayna), Turpal Bisultanov (Danimarka) və Aleksandar Styepanetiçlə (İsveç) üz-üz gələcəklər. Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) güləşəcək.

Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər