Avropa nəhəngi Sançoya elçi düşdü

Avropa nəhəngi Sançoya elçi düşdü

"Mançester Yunayted"in yarımmüdafiəçisi Ceydon Sanço karyerasının digər Avropa nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Footmercato" yayıb.

Xəbərə görə, sözügedən futbolçunu PSJ istəyir. Mənbə Sançonun Fransa təmsilçisinə keçmək variantına isti yanaşdığını vurğulayıb. MY-nin qarşı tərəfə nə cavab verəcəyi isə indilik bəlli deyil.

Qeyd edək ki, Ceydon ötən mövsüm həm icarə əsasında formasını geyindiyi Dortmund "Borussiya"sında, həm də "Yunayted"də oynayıb. Bütün turnirlərdə 24 matça çıxan vinger 3 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub. Mançester təmsilçisi ingiltərəli vingeri 2021-ci ilin iyulunda, 85 milyon avro qarşılığında "Borussiya"dan transfer edib. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər