Avropa Klublar Birliyində yeni rəhbər

Avropa Klublar Birliyində yeni rəhbər
Avropa Klubları Assosiasiyasının (ECA) yeni rəhbəri bəlli olub.
 
Fanat.Az xəbər verir ki, qurumun mətbuat xidməti məlumat yayıb. 
 
Xəbərə görə, bu vəzifəyə Fransa PSJ-sinin prezidenti Nasser Əl-Xəlafi seçilib.
Qeyd olunub ki, Nasser Əl-Xəlafi bu vəzifədə Avropa Super Liqası ilə bağlı istefa vermiş "Yuventus” futbol klubunun prezidenti Andrea Anyellini əvəzləyib.
Xatırladaq ki, 47 yaşlı Nasser Əl-Xəlafi PSJ-nin 2011-ci ildən rəhbəri olmaqla yanaşı UEFA direktorlar şurasının üzvüdür. O, "beIN Media Group”un baş icraçı direktorudur.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər