Avropa ikincisi millimiz Vətənə döndü

Avropa ikincisi millimiz Vətənə döndü

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında çıxış edən Yunan-Roma güləşçilərimiz artıq Vətənə qayıdıblar.

Fanat.Az xəbər verir ki, idmançılarımızı Heydər Əliyev adına hava limanında idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) Avropa çempionatının qalibi olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb. Milli komanda hessbında yalnız Türkiyədən geri qalaraq ikinci olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər