Avropa çempionumuz "Bellator" liqasında döyüşəcək - AÇIQLAMA

Avropa çempionumuz "Bellator" liqasında döyüşəcək - AÇIQLAMA

Sərbəst güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Əli İsayev "Bellator" liqasında çıxış edəcək.

Fanat.Az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Skot Koker bildirib.

O, İsayevin gəlişi ilə ağır çəkidə rəqabətin daha da güclənəcəyini deyib:

"Mən onun 2019-cu ildən bu yana döyüşmədiyini bilirəm, buna görə də İsayevi mümkün qədər tez qəfəsə qaytarmaq üçün səbirsizlənirik".

38 yaşlı dağıstanlı idmançı 2019-cu ilin dekabrında ağır çəkidə PFL Qran Prisinin qalibi olub. Ötən həftə onun UFC ilə müqavilə imzaladığı haqda xəbərlər yayılsa da, İsayevin komandası bunu təkzib etmişdi.

Qeyd edək ki, Əli İsayev Azərbaycan millisinin heyətində Avropa çempionu və Dünya Kubokunun qalibi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər