Avroliqanın ən yaxşı oyunçusu bilindi

Avroliqanın ən yaxşı oyunçusu bilindi

UEFA Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı oyunçusu bəlli olub.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Olimpik Marsel"in hücumçusu Pyerr-Emerik Obameyanq başa çatan mövsümün ən yaxşısı seçilib. 

Qeyd edək ki, 34 yaşlı qabonlu forvard bu mövsüm Avropa Liqasında meydana çıxdığı 13 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib. O, bu mövsüm bütün rəsmi turnirlərdə isə 29 qol vurub. Obameyanqın Marsel klubu ilə müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna kimidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər