Avroliqa: MY-nin hücumçusu ən yaxşı seçildi

Avroliqa: MY-nin hücumçusu ən yaxşı seçildi

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Fanat.Az xəbər verir ki, bu ada İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Markus Raşford layiq görülüb.

İngiltərədən olan 25 yaşlı forvard İspaniyanın “Barselona” komandasına qarşı keçirdikləri səfər oyununda (2:2) bir qolun müəllifi olub.

Xatırladaq ki, Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına Aksel Disasi ("Monako", Fransa), Lukas Okampos (“Sevilya", İspaniya) və Dmitri Krıskiv (“Şaxtyor", Donetsk, Ukrayna) də namizəd idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər