AVRO-2028 bu ölkələrdə keçirilə bilər

AVRO-2028 bu ölkələrdə keçirilə bilər

Böyük Britaniya və İrlandiya 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ortaq ev sahibliyi etmək üçün namizədliklərini irəli sürüblər.

Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

Turniri keçirməyə namizəd ölkələr arasında Rusiya və Türkiyə də var.

Avropa çempionatı 2028-ci ildən 32 milli komandanın iştirakı ilə təşkil edilə bilər. 8 qrupdan 4-ünün matçları İngiltərədə, qalan qrupların oyunları isə Şotlandiya, Uels, Şimali İrlandiya və İrlandiyada keçirilə bilər.

Qeyd edək ki, hazırda Avropa çempionatının final mərhələsində 24 yığma çıxış edir.

Xatırladaq ki, daha öncə Böyük Britaniya və İrlandiyann 2030-cu il dünya çempionatına təşkilatçılıq təklifi rədd edilib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər