AVRO-2024: Səbətlərin tərkibi dəqiqləşdi

AVRO-2024: Səbətlərin tərkibi dəqiqləşdi

UEFA Millətlər Liqasının qrup oyunlarından sonra 2024-ci ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində səbətlərin tərkibi dəqiqləşib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisi püşkatmaya 4-cü torbadan qatılacaq.

Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

İştirakçı ölkələr hərəsində 5 komanda olan 7 və hərəsində 6 kollektiv olan 3 qrupa bölünəcək. 10 qrup qalibi və eyni sayda qrup ikincisi final mərhələsinə yüksələcək. Qalan 3 vəsiqənin sahibi isə 2024-cü ilin martında baş tutacaq pley-off oyunlarından sonra müəyyənləşəcək.

Almaniya AVRO-2024-ə ev sahibliyi edəcəyi üçün, Rusiya isə Ukraynaya hərbi müdaxilə səbəbindən püşkatmada iştirak etməyəcək.

Səbətlərin tərkibini təqdim edirik:

1-ci səbət: Niderland, Portuqaliya, Macarıstan, Xorvatiya, Belçika, Danimarka, İspaniya, İtaliya, Polşa, İsveçrə;

2-ci səbət: Çexiya, Fransa, İngiltərə, Avstriya, Uels, Bosniya və Herseqovina, İsrail, Şotlandiya, Serbiya, Finlandiya;

3-cü səbət: Ukrayna, Sloveniya, İrlandiya, Rumıniya, İsveç, Ermənistan, Monteneqro, İslandiya, Albaniya, Norveç;

4-cü səbət: Gürcüstan, Türkiyə, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Farer adaları, Azərbaycan, Şimali Makedoniya, Kosovo, Bolqarıstan;

5-ci səbət: Kipr, Slovakiya, Şimali İrlandiya, Belarus, Estoniya, Cəbəllütariq, Latviya, Litva, Malta, Moldova;

6-cı səbət: Andorra, Lixtenşteyn, San Marino.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər