UEFA-nın İcraiyyə Komitəsinin iclası təxirə salınıb.
Fanat.Az "The Times" nəşrinə istinadən xəbər verir ki, buna, London və Amsterdam şəhərlərini təmsil edən səlahiyyətli şəxslərin Avro-2020-yə ev sahibliyi etməklə bağlı zəmanət verməmələri səbəb olub.
Londonda yerləşən "Uembli" stadionu yarımfinallar və final da daxil olmaqla, qitə çempionatının 7, Amsterdamdakı "Yohan Kroyff Arena" isə 3 matçına ev sahibliyi etməlidi.
Aralarında Bakının da olduğu digər şəhərlər artıq UEFA-ya rəsmi təsdiq məktubu göndəriblər.
Avro-2020 koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.
Fanat.Az