Avarçəkmə üzrə "Prezident Kuboku-2023" Avropa Kanoe Assosiasiyasının təqvim planında

Avarçəkmə üzrə "Prezident Kuboku-2023" Avropa Kanoe Assosiasiyasının təqvim planında

Azərbaycanda avarçəkmə idman növünü  inkişaf etdirmək və beynəlxalq səviyyədə tanıtmaq üçün çalışan Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası daha bir uğura nail olub.

Fanat.Az xəbər verir ki, federasiyanın 4-7 may tarixlərində Suqovuşan və Mingəçevirdə təşkilini planlaşdırdığı Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Prezident Kuboku-2023”  beynəlxalq reqatası ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib. Assosiasiyanın rəsmi internet səhifəsinin xəbər bölməsində yarışla bağlı məlumat da dərc olunub. 

Xatırladaq ki, AKAF-ın 2022-ci il, 21-23 oktyabr tarixlərində təşkil etdiyi “Mingəçevir Reqatası” da Azərbaycan avarçəkmə tarixində ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planında yer almışdı. 

Qeyd: Xəbərin yer aldığı Avropa Canoe Assosiasiyasının rəsmi internet səhifəsinə daxil olmaq üçün  aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz:   //www.canoe-europe.org/calendar //www.canoe-europe.org/calendar/international-president-cup-2023-regatta-mingechevir-521 //www.canoe-europe.org/news/invitation-to-the-international-president-cup-in-azerbaijan-2609

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər