Atletimiz Fransada 5-ci oldu

Atletimiz Fransada 5-ci oldu

Azərbaycan atleti Nazim Babayev Fransanın Lans şəhərində keçirilən beynəlxalq "World Indoor Tour - Lievin" turnirində çıxış edib.

Fanat.Az xəbər verir ki, 24 yaşlı idmançı üçtəkanla tullanma yarışında 16,39 metr nəticə göstərərək beşinci yeri tutub.Babayevin göstəricisi 3-cü pilləni tutan finlandiyalı Simo Lipsanenin nəticəsindən 0,2 metr az olub.

Turnirdə qızıl medalı kubalı Lazaro Martines (17,21 metr) qazanıb.

Qeyd edək ki, Nazim Babayev daha əvvəl Almaniyanın Karlsrue şəhərində keçirilmiş "World Indoor Tour" (Gold Level) turnirində gümüş, Fransadakı beynəlxalq "Meeting De L'Eure" (World Indoor Tour Silver Level) turnirində isə bürünc medal qazanıb

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər