İspaniyada "Kral Kubokunun qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, finalda “Malyorka” qarşılaşan “Atletik” rəqibini məğlub edib.
Daha doğrusu, qalib penaltilər seriyasında müəyyənləşib. Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında “Atletik” 4:2 hesabı ilə qalib gəlib. Beləliklə, “Atletik” tarixində 24-cü dəfə "Kral Kuboku"nu qazanıb. Komanda sonuncu dəfə mükafatı 40 il əvvəl – 1983/84 mövsümündə alıb. Bilbaolular qələbə sayına görə yalnız “Barselona”dan (31) geri qalırlar.