İngiltərənin məşhur qəzetlərindən olan "Daily Mail" "Real" və sabiq komandası "Barselona"nın transfer etmək istədiyi Neymar üçün daha bir dünya nəhənginin hərəkətə keçdiyini yazıb.
Fanat.Az xəbər verir ki, Paristən ayrılmaq istədiyi deyilən braziliyalı futolçu üçün İngilis klubu "Mançester Yunayted"in 220 milyon avro verməyə hazır olduğu bildirilib.
26 yaşlı futbolçunun atasının da "Mançester Yunayted" tərəfdarı olduğu və oğlunun seçimini "Qırmızı Şeytanlar"dan yana etməsini istədiyi söylənilir.
Fanat.Az