Qazaxıstanda "Astana" futbol klubundan pul oğurluğu faktı ilə əlaqədar cinayət işi qaldırılıb.
Fanat.Az "Soccer.ru" saytına istinadən xəbər verir ki, cinayət işi rusiyalı futbol funksioneri Dmitri Vasilyevin açıqlaması əsasında açılıb.
Vasilyev hazırda "Astana"nın təsisçisi olan fondun ekspert şurasının üzvüdür.
İstintaq materiallarına əsasən, pullar 2018 - 2021-ci illərdə saxta agent müqavilələrinin tərtib olunması yolu ilə oğurlanıb. Söhbət 5 futbolçu - İslambek Kuat, Valeri Çuperka, Semir Smaylacik, Lopes Fernandes Enrike və Fatoş Beçiray, habelə, keçmiş baş məşqçi Andrey Tixonovla müqavilələrdən gedir.
Audisiya yoxlamalarının nəticəsinə görə vasitəçilərlə sözləşmələr əmək müqavilələri imzalandıqdan sonra bağlanılıb. Şübhə altına "Astana"nın baş direktoru Mixail Qurban və sabiq baş direktor David Loriya da düşüb.
Qeyd edək ki, məhkəmə maliyyə və mühasibatlıq sənədlərinin klubdan çıxarılmasına dair oktyabrın 30-da qərar çıxarıb.
Emin