Aslan Kərimov UEFA-nın seminarında

Aslan Kərimov UEFA-nın seminarında

AFFA nümayəndələri Rumıniyanın paytaxtı Buxarestdə UEFA-nın "Oyun təhlilinə dair Share seminarı"nda iştirak ediblər.

Fanat.Az xəbər verir ki, tədbirdə UEFA-nın Texniki İnkişaf departamentinin mütəxəssisləri ilə yanaşı, Azərbaycan, Niderland, Malta, Portuqaliya və digər ölkələrin futbol federasiyalarının nümayəndə heyətləri iştirak ediblər.

AFFA-nı seminarda Məşqçilik Təhsili şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov təmsil ediblər.

Tədbir çərçivəsində oyun təhlili, müasir təhlil tendensiyaları, eləcə də yaxın gələcəkdə spesifik oyun təhlili mütəxəssislərinin yetişdirilməsi istiqamətində fikir və təcrübə mübadiləsi aparılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər